Press "Enter" to skip to content

Dörd ildə yüz əlli mindən çox şəxsə əlillik təyin olunub

Son yeniləmə: 15 Dekabr 2021 10:56

Bayrqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyinatı ilə bağlı işlər davam edir. Belə ki, Agentlik tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 16 min 500-ü ilkin, qalanı təkrar təyinatlardır.

Bu barədə bayraqdar.info-ya dekbarın 15-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibə əlilləri, I dərəcə əlilliyi olanlar və b.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.

Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.

Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70 faizə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfəartıb. Təqaüdün maksimum məbləği isə 54 faiz artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55 faiz artaraq, 1 milyard 611 milyon manata çatıb.

Mission News Theme by Compete Themes.