Press "Enter" to skip to content

Azərbaycan bu təşəbbüsü dəstəkləyir

Bayraqdar.info – 15 dekabr 2021-ci il tarixində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib. Tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların və Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak edib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan tərəfindən Fövqəladə və Səlahiyyətli Səfir Prof. Dr. Həsən Həsənov, Fövqəladə və Səlahiyyətli Səfir Prof. Dr. Vilayət Quliyev, Millət Vəkili Prof. Dr. Nizami Cəfərov, Xüsusi tapşırıqlar üzrə səfir – UNESCO üzrə Milli Komissiyanın Baş Katibi Dr. Seymur Fətəliyev iştirak və çıxış ediblər.

Çıxışlar zamanı “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib. Bu təşəbbüsə UNESCO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, dekabrın 15-nin Beynəlxalq Türk Dili Günü elan edilməsilə bağlı tədbir keçiriləcəyinə dair ilk xəbəri bayraqdar.info olaraq biz yaymışdıq.

15 dekabr – Beynəlxalq Türk Dili Günü

 

Mission News Theme by Compete Themes.