Press "Enter" to skip to content

“Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” beynəlxalq elmi konfransı

Aşıq Ələsgər

Son yeniləmə: 15 Dekabr 2021 13:29

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyin təşkilatçılığı ilə “Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İdarədən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, liseyin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb.

“BŞTİ-nin müdiri Mehriban Vəliyeva konfransın əhəmiyyəti, məzmunu və örnəyindən danışıb. Daha sonra çıxış edənlər tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər. Onlar bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.

“Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Daha sonra konfrans “Aşıq Ələsgər və tarix”, “Aşıq Ələsgər və filoloji fikir”, “Aşıq Ələsgər və tarix elmləri” mövzularında bölmə iclasları ilə davam edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.