Press "Enter" to skip to content

Anar Kərimov Ramon Blekua ilə

Anar Kərimov

Son yeniləmə: 15 Dekabr 2021 12:39

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də İspaniyanın Vasitəçilik və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi Səfiri Ramon Blekua ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya dekabrın 15-də Mədəniyyət Nazirliyindən xəbər veriblər.

Görüşdə nazir ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb. Birgə fəaliyyətin əhəmiyyətini qeyd edən A.Kərimov 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.

Daha sonra A. Kərimov “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından söz açıb. O bildirib ki, bu kampaniya mədəni irsin qorunması məqsədi daşıyır. Nazir səfir R.Blekuanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən R.Blekua “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Bu layihə çərçivəsində əməkdaşlığın mühüm olduğunu və Azərbaycanın zəngin mədəni irsinin qorunmasının vacibliyini bildirib. Səfir həmçinin qeyd edib ki, mədəniyyət xalqları, ölkələri, ümumiyyətlə bəşəriyyəti birləşdirən ən güclü vasitədir. Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Mission News Theme by Compete Themes.