Son yeniləmə: 15 Dekabr 2021 14:22
Bayraqdar.info – Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) üzvləri başsağlığı məktubu ilə ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşirə (Andy Beshear) müraciət ediblər.
Bu barədə bayraqdar.info-ya dekabrın 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata əsasn məktubda bildirilib ki, Azərbaycan icması 10 dekabr 2021-ci il tarixində Kentuki, Arkanzas, İllinoys, Missuri, Missisipi və Tennesi ştatlarındabaş vermiş güclü tornadonun səbəb olduğu tələfatlara və xəsarət alanlara görə böyükkədər hissi keçirir.
“AAKŞ və Azərbaycan icması adından tornado qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Dəhşətli təbii fəlakət nəticəsində xəsarət alanlara şəfa diləyir, çətin günlərin tezliklə arxada qalmasını arzulayırıq. Biz Kentukki üçün dualar edirik!”, – deyə qeyd edilib.