Press "Enter" to skip to content

15 dekabr – Beynəlxalq Türk Dili Günü

Son yeniləmə: 15 Dekabr 2021 23:43

Bayraqdar.info – Dekabrın 15-də Beynəlxalq Türk Dili Günü elan ediləcək. Bu elan UNESCO-nun Türkiyə Milli Komissiyası, Pamukkale Universiteti, Pamukkale Universitetinin Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi (ALTAY DİLMER), həmçinin Avrasiya Yazarlar Birliyinin əməkdaşlığı ilə baş tutacaq tədbirdə bütün dünyaya duyurulacaq.

Bu barədə bayraqdar.info-ya özəl olaraq ALTAY DİLMER-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı toplantı iki hissədən ibarət olacaq. Türkiyə vaxtı ilə 09:30-da başlayacaq əsas hissə qapalı keçiriləcək.

Bu hissədə təşkilatçı qurumların təmsilçiləri və Pamukkale Universitetinin müəllimləıri qatılacaq. Bununla belə, saat 14.30-dakı (Bakı vaxtı ilə 15:30) paneli Youtube kanalından canlı dinləmək mümkün olacaq.

Xatırladaq ki, türk dünyasının inteqrasiyası fonunda ortaq türk dili ilə bağlı 2010-cu ildən müəyyən addımlar atılmağa başlanmışdı. Eyni zamanda, bir müddət öncə bütün türk dövlətləri Beynəlxalq Türk Dili Gününün müəyyən edilməsinə dair razılıq əldə ediblər. Müzakirələr nəticəsində 15 dekabr tarixinin Beynəlxalq Türk Dili Günü elan edilməsi razılaşdırılıb.

Bu tarixin seçilməsi də təsadüfi deyil. Belə ki, danimarkalı dilçi alim Vilhelm Thomsen tərəfindən Göytürk abidələrinin oxunduğunun bəyan edildiyi tarix məhz 15 dekabra təsadüf edir. Daha dəqiq desək, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen rus türkoloqu Vasili Radlofun köməyi ilə bu abidələri oxuyub və bu, həmin il dekabrın 15-də Danimarka Kral Elmlər Akademiyasında elm aləminə elan edilib.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.