Son yeniləmə: 14 Dekabr 2021 13:48
Bayraqdar.info – Bu ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya dekabrın 14-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir. Yanvar-noyabr aylarında 14 min 200 nəfər proqrama cəlbedilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1 min 410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.