Press "Enter" to skip to content

“Rəqəmsal gələcəyə addım” müsabiqəsinin final mərhələsi

Son yeniləmə: 14 Dekabr 2021 15:00

Bayraqdar.info – Təhsil Nazirliyinin “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Rəqəmsal gələcəyə addım” Respublika müsabiqəsinin final mərhələsi keçirilir. Müsabiqə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə təşkil edilib.

Məlumat bayraqdar.info-ya dekabrın 14-də Təhsil Nazirliyindən verilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal bacarıqlar” layihəsinin tədris prosesinə müasir informasiya texnologiyalarının tətbiqindən danışıb. O, qeyd edib ki, şagirdlərin problemlərinin həllinə yaradıcı yanaşma, komandada işləmək, liderlik və digər bu kimi bacarıqların inkişafına daha çox diqqət yetirməliyik. Bu baxımdan “Rəqəmsal bacarıqlar” layihəsi uğurlu nümunədir.

Məlumatda bildirilir ki, “Rəqəmsal bacarıqlar” layihəsi hər il əhatə dairəsini genişləndirir. Layihə bu tədris ilindən 16 şəhər və region üzrə 250 məktəbdən olan 191 min şagirdi əhatə edir.

“Qeyd edək ki, müsabiqənin final mərhələsi komanda şəklində keçirilir. Burada müəyyən vaxt ərzində finalçılardan ibarət komandalar layihəni tamamlamaq üçün bir-biri ilə yarışır. Finalda 61 məktəbdən 20 komanda – 100 şagird iştirak edir. Müvafiq işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Həmçinin tədbir çərçivəsində “TED” danışıqları üslubunda seminar keçiriləcək.

“Müsabiqədə iştirak etmək üçün 21 min şagird qeydiyyatdan keçərək birinci mərhələdə iştirak edib. Onlardan 5 min 500 nəfəri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə, ümumilikdə 3 mni 936 şagird iştirak edir.

 “Rəqəmsal gələcəyə addım” Respublika müsabiqəsinin qalibləri günün sonunda müəyyən olunacaq”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.