Son yeniləmə: 14 Dekabr 2021 12:17
Bayraqdar.info – “Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir.
“Belə çağırışlardan artıq xəbərdarıq. Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək”, – deyə DİN xəbərdarlıq edib.