Son yeniləmə: 14 Dekabr 2021 10:04
Bayraqdar.info – Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilir. Tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov Ermənistan tərəfinin fürsətdən istifadə edib Azərbaycana qarşı əsassız və uydurma ittihamlarına tutarlı faktlarla cavab verib.
Bu barədə bayraqdar.info-ya Ədliyyə Nazirliyindən xəbər verilib. Xəbərdə bildirilir ki, nazir Ermənistanıın insanlığa qarşı və müharibə cinayətləri törədərək mülki əhalini qəsdən ağır artilleriya qurğularından atəşə tutduğunu vurğulayıb. O bildirib ki, atəş nəticəsində 12-si uşaq olmaqla 100-ə yaxın dinc insan həlak olub və və 400-dən çox insan yaralanıb.
F.Məmmədov həmçinin, bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etdiyini və Ermənistandan azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməklə bağlı Qərar qəbul etdiyini diqqətə çatdırıb.