Son yeniləmə: 14 Dekabr 2021 15:38
Bayraqdar.info – Hacıqabul rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində bir neçə orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında silsilə görüşlər keçirilib.
Bu barədə bayraqdar.info-ya Daxili İşlər Nzirliyindən məlumat verilib. Məlmatda qeyd edilir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə karantin tələbləri nəzərə alınmaqla şəhər ərazisində yerləşən dörd, Nəvahı, Meyniman və Qarasu kəndlərində üç təhsil müəssisəsində olmaqla, ümumilikdə isə yeddi məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.