Son yeniləmə: 14 Dekabr 2021 11:50
Bayraqdar.info – 6-13 dekabr tarixlərində Moskvada VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı olimpiadada 32 ölkədən 257 iştirakçı bilik və bacarıqlarını sınayıblar.
Təhsil Nazirliyindən dekabrın 14-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə hər fəndən 2 nəfər olmaqla 8 iştirakçı olimpiadada onlayn təmsil ediblər.
Məktəblilər1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal qazanıb. Bundan əlavə, blits turda Bakı məktəbliləri komanda olaraq üçüncülük yerinin mükafatçısı olub.