Press "Enter" to skip to content

KKTC-də siyasi partiyaların namizəd irəli sürməsi üçün son gün

Son yeniləmə: 14 Dekabr 2021 02:07

Bayraqdar.info – Xəbər verdiyimiz kimi yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçiriləcək. Dekabrın 14-ü isə siyasi partiyaların namizəd irəli sürməsi üçün son gündür. Ümumilkdə namizədlik üçün son müracəit tarixi isə dekbarın 17-dir.

Ali Seçki Şurasının (YSK) qərarına əsasən namizədlər 18 dekabr şənbə günü Ali Seçki Şurası və Dairə Seçki Şuraları tərəfindən müvəqqəti olaraq elan ediləcək. Dekabrın 26-da isə Ali Seçki Şurası siyasi partiyaların və müstəqil namizədlərin bütün seçki prosesində istifadə edəcəkləri sıranı müəyyən etmək üçün hazırlanacaq siyahını açıqlayacaq.

Artıq rəsmən qeydə alınacaq namizədlər dekabrın 27-də Ali Seçki Şurası və Dairə Seçki Şuraları tərəfindən elan ediləcək.

Ali Seçki Komissiyası dekabrın 28-i çərşənbə axşamını seçki təbliğatının başlaması günü kimi müəyyən edib.

Siyasi partiyaların BRT-də təbliğat aparmaq üçün Ali Seçki Şurasına müraciət etmələri üçün son gün yanvarın 2-dir.

Seçici vəsiqələrinin və məlumat vərəqələrinin paylanması üçün son gün 20 yanvar, seçki təbliğatının aparılması üçün son gün isə 22 yanvar müəyyən edilib.

Mission News Theme by Compete Themes.