Son yeniləmə: 14 Dekabr 2021 10:47
Bayraqdar.info – Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İtaliyada təşkil etdiyi konfrans çərçivəsində Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb. Bu barədə bayraqdar.info-ya Ədliyyə Nazirliyindən xəbər verilib.
Xəbərdə bildirilir ki, görüş zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Nazirliklər arasında Memorandumun imzalanması da gözlənilir. Sənədin fevralın 5-də imzalanacağı gözlənilir.