Press "Enter" to skip to content

Cümə günü ilə bağlı qərar Batı Trakyada etirazla qarşılandı

Son yeniləmə: 17 Dekabr 2021 10:00

Bayraqdar.info – Batı Trakyada müsəlman-türk ağlığın hüquqları Yunanıstan tərəfindən pozulmaqda davam edir. Bu isə Batı Trakya türklərinin ciddi etirazı ilə qarşılanır.

Birlik Gazetesi xəbər verir ki, Batı Trakya türkləri azlıq məktəblərində bir günlük etiraz aksiyasına qərar veriblər. Həmin qərara əsasn valideynlər öz övladlarını dekabrın 17-də bir günlük məktbə buraxmayacaqlar.

Öz növbəsində bu addımı dəstəkləyən Batı Trakya Türk Azlıqları Məsləhət Şurasının sədri və Gümülcine Müftisi İbrahim Şərif “Məsləhət Şurası olaraq, Müftilik olaraq, ən nəhayət azlığın bir nümayəndəsi olaraq bu qərarı dəstəkləyirik” deyib.

Yunanıstan idarəçilyinin azlıqların təhsili ilə bağlı dialoq mühiti yaratmaq üçün lazımi addımlar atmadığını bildirən İ.Şerif həmçinin yunan yetkililərin cümə günü proqramın dəyişdirilməsi qərarını da tənqid edib: “Cümə proqramının azlığın rəyi olmadan dəyişdirilməsi böyük səhvdir”.

İ.Şərif deyib: “Bildiyiniz kimi, təxminən bir əsrdir ki, cümə günləri azlıqların ibtidai məktəbləri bağlanır. Həmin gün oğlanlar məscidə gedirlər. Ancaq bir müddət öncə qəbul edilən qərarla şagirdlər yalnız valideynləri məktəb direktoruna ərizə təqdim etdikdə cümə namazında iştirak edə bilərlər. Bir sözlə, valideyn hər həftə ərizə verməyə məcburdur. Yəni bu yeni tətbiqlə cümə gününə getmək olar, amma məktəb bağlanmır və dərslər davam edir. Məktəbə gedənlər dərslərini davam etdirəcək və həmin gün cüməyə getsələr, geridə qalacaqlar”.

Müfti deyib ki, burada bir azlıq olaraq dini muxtariyyət hüququmuz əlimizdən alınır. Digər tərəfdən, bu petisiyanı hər həftə tələb etmək insanları harasa sənədləşdirmək deməkdir. Ona görə də görürük ki, burada insan hüquqlarının pozulması da var. Bu səhv yanaşmadır. Biz azlıq olaraq bu praktikanı istəmirik, uyğun görmürük”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.