Son yeniləmə: 14 Dekabr 2021 14:21
Bayraqdar.info – “Dekabrın 15-dən 21-nə qədər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Yeni İl Kitab Sərgisi təşkil olunacaq.
“Bütün nəşriyyatların iştirak edəcəyi Sərgi Dənizkənarı Bulvarda Bakı İdman Sarayının əsas zalında keçiriləcək. Sərgidə yüz mindən çox kitaba 30 faizdən başlayaraq 90 faizədək endirimlər ediləcək. Dərs vəsaitlərindən tutmuş, bədii ədəbiyyata, klassik ədəbiyyata qədər endirimli kitablar əldə etmək mümkün olacaq”.
Bu sözləri “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Facebook sosial şəbəkəsindəki paylaşımında qeyd edib. O bildrib ki, Sərginin rəsmi açılışı dekabrın 15-də saat 15:00-da olacaq. Sərgidə həmçinin, imza günləri, yazıçılarla görüşlər, konsert və əyləncəli proqramların da keçiriləcəyi nəzərdə tutulur. Proqramlar hər gün sosial şəbəkələrdə yayılacaq. “Bizi izləyin, bizə qatılın. Bu, həm də Yeni il sərgisidir. Yeni il hədiyyələrnizi kitabdan edin”, – deyə o bildirir.