Press "Enter" to skip to content

Azərbaycan Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bayraqdar.info – Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov qonaqlarla görüşüb.

Nazirlikdən bayraqdar.info-ya dekabrın 14-də verilən məlumat görə, görüşdə iqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Qeyd edilib ki, Gürcüstanla ticarət əlaqlərimiz genişlənir. 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəmiz 33 faiz artıb.

İqtisadiyyat naziri Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini, hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgəmizdə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.

Natela Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərı barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini bildirib.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və s.məsələlər barədə müzakirə aparılıb.

Mission News Theme by Compete Themes.