Press "Enter" to skip to content

Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi

Baş Prokurorluq

Son yeniləmə: 14 Dekabr 2021 12:33

Bayraqdar.info – Erməni futbolçuları tərəfindən Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Baş Prokuror tərəfindən cinayət işi başlanılıb.

Məlumat bayraqdar.info-ya dekabrın 14-də Baş Prokurorluqdan daxil olub.

“Bəzi media orqanlarında və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.

“Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcəvüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirir.

“Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

“İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.