Press "Enter" to skip to content

“Alo Karyera”da xidmət məmnunluqla qarşılanır

Son yeniləmə: 14 Dekabr 2021 18:36

Bayraqdar.info – “Alo Karyera” dəstək xidmətinə müraciət edən 734 nəfərlə 1332 görüş təşkil olunub.

Bu barədə bayraqdar.info-ya dekabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edək ki, bu dəstək xidməti Agentlik tərəfindən peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün həyata keçirilir.

Bildirilib ki, təşkil olunan konsultasiyalar əsasən üç istiqaməti əhatə edib: karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri ilə tanışlıq və CV hazırlanması üçün dəstək göstərilməsi.

Keçirilən görüşlərin nəticəsi olaraq müraciət edən şəxslərdən 83 nəfər işə qəbul prosesini uğurla keçib. Xidmətdən vətəndaşların razılıq göstəricisi isə 98,3faiz olub.

Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar üstünlük təşkil edib.

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar
https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.

Mission News Theme by Compete Themes.