Son yeniləmə: 14 Dekabr 2021 17:48
Bayraqdar.info – AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.”dövlət standartı qəbul olunub. Məqsəd Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsidir.
Bu barədə bayraqdar.info-ya dekabrın 14-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tünd alkoqollu içkilər sahəsi üzrə keyfiyyət tələblərini müəyyən edən standart beynəlxalq normalar və qaydalara, elm və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanıb. Standart layihəsi“Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin Dövlət Xidmətinin tabeliyində olan“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Araq və xüsusi araqlara şamil olunan yeni standart məhsulun keyfiyyəti ilə yanaşı, rəqabət qabiliyyətliliyinin yüksəldilməsinədə müsbət təsir göstərəcək.