Son yeniləmə: 14 Dekabr 2021 12:52
Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən üç yüz ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
Təhsil Nazirliyindən bayraqdar.info-ya dekabrın 14-də verilən xəbərdə bildirilir ki, monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətini öyrənməkdir. Bundan başqa, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirlər, yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinin yoxlanılmasıdır.
Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib.