Son yeniləmə: 14 Dekabr 2021 12:59
Bayraqdar.info – “Qəhrəman Azərbaycan əsgəri sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətin sosial qayğısı ilə tam əhatə olunsa da, özəl müəssisə və təşkilatlar da bu işə öz töhfəsini verməkdədir. Bu gün Vətən Müharibəsi veteranları ilə çalışmaq qürurvericidir. Bu baxımdan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir neçə Vətən Müharibəsi iştirakçısını işlə təmin edib”.
Bu sözlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bayraqdar.info-ya verilən xəbərdəndir.
Daha sonra İdarədən bildirilib ki, Qarabağın xalqa geri qayıtmasında şücaət göstərən, qəhrəmanlıq örnəyi olan 5 veteran bundan sonra İdarə və onun strukturlarında müxtəlif sahələrdə işə başlayacaq. Beləliklə, 12 nəfər Vətən Müharibəsi iştirakçısı “İçərişəhər” DTMQİ-də calışacaq.