Press "Enter" to skip to content

Xalça Muzeyində qədim ornamentlərdən danışıldı

Azərbaycan Milli Xalça Muzeyi

Son yeniləmə: 13 Dekabr 2021 12:39

Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyində “Qədim ornamentlərin yaranma tarixi” adlı mühazirə keçirilib.

Muzeydən bayraqdar.info-ya bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən təqdim olunan mühazirədə ornamentlərin yaranması, onların mərhələli inkişafı tarixi haqqında ətraflı məlumat verilib. M.Hüseynov naxış sənətində məna, məzmun və simvolların anlamı barədə çıxış edib. Professor iştirakçılar tərəfindən böyük maraqla qarşılanan mühazirədə onların mövzu ilə bağlı suallarını da cavablandırıb.

Mission News Theme by Compete Themes.