Press "Enter" to skip to content

Siyasi məhbus üç günlük aclıq aksiyasına başlayıb

Əlurza Fərşi

Son yeniləmə: 13 Dekabr 2021 09:50

Bayraqdar.info – Güneydə Azərbaycan dili fəalı, siyasi məhbus Əlirza Fərşi 21 Azər (12 Dekabr) Hərəkatının ildönümündə həbsdə olduğu zindanda üç günlük aclıq aksiyasına başlayıb. O, İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına, Urmu gölünün qurudulmasına, Azərbaycan mədənlərinin talanmasına və xalqın ağır məişət problemlərinin həll olunmamasına etiraz edir.

“Azad İran” Telegram kanalının xəbərinə görə, aclıq aksiyası ilə bağlı yaydığı bəyanatda Ə.Fərşi yazıb: “İranda Azərbaycan, qaşqay, türkmən, xorasan və xələc türklərinin, eyni zamanda ərəb, bəluc, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyinetmə, ana dilində təhsil, iqtisadi-sosial və başqa hüquqlarından məhrum edilməsinə etiraz olaraq üç günlük aclıq aksiyasına başlayıram”.

Əlavə edək ki, Ə.Fərşi fars-molla rejiminin ona qarşı zindanda belə davam edən basqılarına ilk dəfə deyil ki, belə etiraz edir.

Əlirza Fərşi və daha 8 siyasi məhbus etiraz etdi

Mission News Theme by Compete Themes.