Press "Enter" to skip to content

Orduda silsilə Anım günü tədbirləri – VİDEO

Orduda Anım günü

Son yeniləmə: 13 Dekabr 2021 11:49

Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Ulu Öndərin şərəfli ömür yolundan, Vətənin qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkənin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyin əbədi və dönməz olması təmin edilib.

“Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.