Press "Enter" to skip to content

Növbəti hərraca dörd faydalı qazıntı yatağı çıxarılır

Son yeniləmə: 13 Dekabr 2021 13:35

Bayraqdar.info – Yanvarın 17-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya dekabrın 13-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay”, “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 10, 10.5, 10, və 14 hektar sahələri hərraca çıxarılacaq.

Vurğulanıb ki, hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 10 yanvar 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkr.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3lZ92ON) və Özəlləşdirmə portalında (https://bit.ly/3EQfSNX) tanış olmaq olar.

Mission News Theme by Compete Themes.