Press "Enter" to skip to content

KOBİA nümayəndələri Qətərdə səfərdə olublar

Son yeniləmə: 13 Dekabr 2021 19:39

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri 12-13 dekabr tarixlərində Qətər Dövlətində səfərdə olublar. Səfər çərçivəsində Azərbaycanın Qətər Dövlətindəki səfirliyinin dəstəyi ilə KOBİA nümayəndələri bir sıra qurumlarda görüşlər keçirib, sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.

KOBİA-dan bayraqdar.info-ya dekabrın 13-də verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Qətərin Bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie, Ticarət və sənaye nazirinin müavini Sultan bin Rashid Al-Khater ilə görüşləri keçirilib. Görüşlərdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, Azərbaycan və Qətər sahibkarlarının əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

“Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar, Qətər İnvestisiya Qurumunun baş direktoru Mansour İbrahim Al Mahmud və Qətər İnkişaf Bankının icraçı direktoru vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaidi ilə keçirilmiş görüşlərdə ticarət və investisiya sahələrində əlaqələrin genişləndirilməsi, bu sahədə yeni əməkdaşlıq platformalarının yaradılması, KOB-ların layihələrinin birgə maliyyələşdirilməsi, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan Qətər sərmayədarlarına KOBİA-nın göstərə biləcəyi dəstək, Agentlik və bank arasında 2021-ci ilin iyun ayında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib”, – deyə məlumatda bildirilir.

Qətər Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Faisal bin Qassim Al Thani və Qətərin Birləşmiş İnkişaf Şirkətinin (UDC) prezidenti İbrahim Jassim Al-Othman Fakhro ilə görüşlərdə isə sahibkarların şəbəkələşməsi sahəsində hər iki ölkənin təcrübəsinə, bu sahədə əməkdaşlıq imkanlarına, eləcə də dövlət-özəl sektor tərəfdaşlığına, ağıllı şəhər və ağıllı kənd istiqamətlərində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.