Press "Enter" to skip to content

Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planı hazırlanır

Kəlbəcər

Son yeniləmə: 13 Dekabr 2021 18:15

Bayraqdar.info – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planlarını hazırlayır. İlkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun), istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin hazırlanması ilə bağlı tenderlərə yekun vurub. Həmçinin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri ilə bağlı elan etdiyi 2 açıq tender bitib.

Bayraqdar.info bildirir ki, məlumatlar Dövlət satınalmalarının vahid internet portalına yerləşdirlib. Hər iki tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur. İnstituta müvafiq olaraq 226 min manat və 214 min manat, ümumilikdə isə 440 min manat ödəniləcək.

Mission News Theme by Compete Themes.