Press "Enter" to skip to content

İlin qalib fubolçusu məlum oldu

Emin Mahmudov

Son yeniləmə: 13 Dekabr 2021 13:37

Bayraqdar.info – İdman Araşdırmalar Mərkəzi “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında sorğu keçirib.

Mərkəzdən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Azərbaycan millisinin və “Neftçi” klubunun futbolçusu Emin Mahmudov 36 səslə bütün rəqiblərini qabaqlayıb. Polşa “Legiya”sında çıxış edən yığmanın digər üzvü Mahir Emreli 16 səslə ikinci olub. “Qarabağ”dan Filip Ozobiç, Qara Qarayev və Şahruddin Məhəmmədiyev hərəyə 1 səs toplayıblar.

Qeyd olunur ki, E.Mahmudov İAM-ın sorğusuna əsasən, Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu seçilmişdi.

Mission News Theme by Compete Themes.