Press "Enter" to skip to content

Hərbi Liseyə media-tur – VİDEO

Hərbi Liseyə media-tur

Son yeniləmə: 13 Dekabr 2021 12:40

Bayraqdar.info – Müdafiə Nazirliyinin təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseyə ümummilli lider Heydər Əliyevin ildönümü münasibətilə media-tur təşkil edilib.

MN-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, media nümayəndələri Liseydə kursantlar üçün yaradılan şəraitlə tanış olublar. İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov bildirib ki, Hərbi Lisey Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.

“Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Liseyin müstəsna rolu olub. Bu gün Ordunun peşəkar kadrlarla təmin olunmasında məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.

“Media nümayəndələri Liseyin ərazisindəki H.Əliyev muzeyi, tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda çəkilişlər aparıb, liseyin kursant və müəllim heyətindən müsahibələr alıblar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.