Press "Enter" to skip to content

Eskişehirdə azərbaycanlı tələbələr arasında bilik yarışı

Son yeniləmə: 13 Dekabr 2021 17:49

Bayraqdar.info – Dekabrın 12-də Eskişehirdə təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə “Bermuda” intellektual bilik yarışı keçirilib. Ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş bilik yarışı Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənclər Birliyi tərəfindən təşkil edilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 13-də Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.

Onun sözlərinə görə, komandalar arasında keçirilən bilik yarışında hər birində 4 nəfər olmaqla 20 komanda iştirak edib. Suallar çətinlik dərəcəsinə görə 50-100 balla qiymətləndirilib.

Beləliklə, bir şox sahələri əhatə edən suallarla zəngin yarışın qalibi Bəxtiyar Qarayevin kapitanı olduğu, həmçinin Hafiz Qaraşlı, Hikmət Əhmədzadə və Fuad Mahmudlunun yer aldığı “Sumqayıtın 50 Tonu” komandası olub.

Yarışın sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri C.Aydın qalibləri təbrik edib. Dərnək sədri qalib komandanın üzvlərinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 29-da Eskişehirdə keçiriləcək bayram tədbirində iştirak üçün dəvətnamələr təqdim edib.

Sonda xatirə şəkli çəkilib.

Mission News Theme by Compete Themes.