Press "Enter" to skip to content

Ersin Tatardan Ulu öndər Heydər Əliyevlə bağlı anım mesajı

Ersin Tatar

Son yeniləmə: 13 Dekabr 2021 09:14

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım mesajı paylaşıb.

E.Tatar sosial media hesabında paylaşdığı mesajda bunları qeyd edib: “Ömrünü vətəninin yaşaması, azərbaycanlı soydaşlarımızın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş can Azərbaycanın Ulu öndəri, müstəsna siyasətçi Heydər Əliyevi vəfatının 18-ci ildönümündə hörmət və ehtiramla yad edirik.

“Müstəqillik və azadlıq şüarını rəhbər tutan Kıbrıs türkləri olaraq qardaş Azərbaycanla əlaqələrimizi hər gün daha da sarsılmaz bir bağla möhkəmləndirdiyimiz bu günlərdə Heydər Əliyevin azərbaycanlı qardaşlarımız və dünya sülhü uğrunda apardığı mübarizəni bir daha şükranla yad edirəm. Ruhu şad, məkanı cənnət olsun”.

Mission News Theme by Compete Themes.