Bayraqdar.info – Dekabrın 13-də Dövlət Neft Fondu Müşahidə Şurasının iclası keçirilib.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.
Xəbərdə daha sonra deyilir: “13 dekabr tarixində ARDNF Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun investisiya siyasəti və digər məsələlər müzakirə edilib. Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin cənab Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub”.
Əlavə edək ki, xəbərdə büdcənin məbləği haqqında məlumat verilməyib.