Son yeniləmə: 13 Dekabr 2021 00:42
Bayraqdar.info – Dekabrın 12-si Qırğızıstanın xalq yazıçısı mərhum Çingiz Aytmatovun doğum günü idi. Bu gün münasibətilə Qırğızıstanla yanaşı, Türkiyənin Eskişehir şəhərində də anım tədbiri keçirilib.
Bu barədə bayraqdar.info-ya Eskişehirin tanınmış ziyalılarından biri, dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcı Oral Büyüksarı məlumat verib.
Onun sözlərinə görə, dahi yazıçı doğum günündə Eskişehirdəki Çingiz Aytmatov muzey-kafesində anılıb: “Dünyada qurulan ilk Çingiz Aytmatov muzeyi – kafesində bır sıra qurumların təmsilçiləri bir araya gəldilər. Türk dünyasının müxtəlif yerlərindən olan tələbələr, “Qırmızı Alma” Dərnəyi, “Turan dünyası”, OSTEK, “Kazan tatarları” Dərnəyi səlahiyyətliləri və Odunpazarı Bələdiyyə Başçısı Av Kazım Kurtun qatıldıqları anım mərasimində çıxışlar oldu. İştirakçılardan qırğız tələbə Nuriyyə Tentimişova Çingiz Aytmatovun həyatından danışdı”.
O.Büyüksari bildirib ki, muzeyin yerləşdiyi Tarixi Qum Qəhvəçisində səhər yeməyində bir araya gələn iştirakçılar sonda bir qərar da qəbul ediblər: “Həmin qərara əsasən hər il dekabrın 12-də saat 12:12-də məhz bu kafe-muzeydə bir araya gələrək Çingiz Aytmatovun doğum gününü qeyd edəcəklər”.