Press "Enter" to skip to content

Bütün yollar Qarabağa aparır

Qarabağa yol çəkilişi

Son yeniləmə: 13 Dekabr 2021 17:32

Bayraqdar.info – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.

Bayraqdar.info məlumatı təqdim edir:

1. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

Texniki göstəriciləri 81.6 km olan I texniki dərəcəli 4 hərəkət zolaqlı yolda müəyyən hissələrində torpaq yatağı tikilib. Körpülər və tunellərin alt keçidlərinin tikintisi aparılır.

2. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

Bu yolun uzunluğu 80.7 km-dir. I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı yolda 11.6 km-lik tunel tikilir. Bu yolda torpaq yatağının qazılması, bəzi hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3. Kəlbəcər – Laçın avtomobil yolu

Yol 2-3 hərəkət zolaqlı olmaqla 72.3 km-dir və 9.8 km-lik tunelə malikdir. Yolun torpaq yatağının tikinti işlərinin 40 faizi icra olunub. Mobilizasiya işləri davam etdirilir.

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

Bu yol 30 km-dir və 2 hərəkət zolaqlıdır. Hazırda yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 faiz icra olunub, yol nişanları 85 faiz quraşdırılıb.

5. Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

123.8 km olan yol 4-6 hərəkət zolaqlıdır. Yolda torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25 faiz görülmüş, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi isə 25 faiz icra olunub.

6. Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

Texniki gpsrəticilərinə görə 70.4 kmv olan bu yol 4 hərəkət zolaqlıdır. Qubadlı – Laçın istiqamətində, Xanlıq istiqamətində müəyyən hissələrdə torpaq yatağı tikilib. Körpü tikintisi işləri aparılır. Torpaq işləri 37 faiz, yol geyimi 4 faiz, boru və keçidlərin tikintisi 37 faiz, körpülərin tikintisi 29 faiz icra olunub.

Qarabağa yol çəkilişi

7. Qubadlı – Eyvazlı avtomobil yolu

Bu yolun uzunluğu 26 km-dir və 2 hərəkət zolağı var. Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

8. Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil yolu

Yol -43 km-dir və 4 hərəkət zolaqlıdır. Yolun torpaq işləri 53 faiz, yol geyimi 10 faiz, boru və keçidlərin tikintisi 55 faiz, körpülərin tikintisi isə 51 faiz icra olunub.

9. Füzuli – Hadrut avtomobil yolu

Texniki göstəricilərinə əsasən 13 km uzunuluğu olan yol 4 hərəkət zolaqlıdır. Yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.

10. Bərdə – Ağdam avtomobil yolu

Bu yol da 45 km olmaqla 4 hərəkət zolaqlıdır. Bu yolda görülmüş işlər belədir: torpaq işləri 45.9 faiz, yol geyimi 9.8 faiz, boru və keçidlərin tikintisi işləri 33.5 faiz, körpülərin tikintisi 84.9 faiz icra olunub.

11. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

Yolun uzunluğu 22 km-dir və 2 hərəkət zolaqlıdır. Bu yolun müəyyən hissəsində asfalt-beton örtüyün alt qatı tikilib. Digər hissələrdə isə boruların quraşdırılması və əsasən tikintisi işləri aparılır.

 

Mission News Theme by Compete Themes.