Press "Enter" to skip to content

Anım günü İstanbulda – VİDEO

Heydər Əliyevin abidəsi- İstanbulda

Son yeniləmə: 13 Dekabr 2021 15:37

Bayraqdar.info – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Tədbirdə Pezidentin köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc və digərləri iştirak ediblər.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, Anım mərasimində çıxış edən baş konsul N.Mustafayeva, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

Mission News Theme by Compete Themes.