Press "Enter" to skip to content

Fermerlərlə görüşlər başa çatdı

Fermerlərlə görüş

Son yeniləmə: 13 Dekabr 2021 16:34

Bayraqdar.info – Taxılçılıq rayonlarında keçirilən məlumatlandırma sessiyaları başa çatıb. Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı dekabrın 30-da başa çatır, prosesin süərtləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxılçılıq rayonlarında məlumatlandırma sessiyaları keçirilir.

KTN-dən dekabrın 13-də bayraqdar.info-ya daxil olan xəbərdə bildiirlir ki, tədbirlər zamanı fermerlərə subsidiya almaq üçün əkin məlumatları və torpaq sənədlərinin EKTİS-ə daxil edilmə ardıcıllığı təqdim edilib. Beş (5) hektardan artıq sahəsi olan torpaq mülkiyyətçilərinin öz sahələrindən torpaq nümunələrinin aqrokimya laboratoriyalarına təqdim etmə proseduru, əkin sahələrinin aqrar sığorta edilməsi barədə geniş məlumat verilir.

Qusar və Xaçmaz rayonlarında keçirilən tədbirlərdə Nazirliyin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, bəyan prosesinin sürətləndirilməsi məqsədilə rayonlarda mərkəzdən uzaq kəndlərə səyyar xidmətlər təşkil olunur. Dövlət Aqrar İnkişaf və ASAN Xidmət mərkəzlərində xidmət pəncərələri fəaliyyət göstərir. Artıq payızlıq əkinlərinin bəyan prosesi yekun mərhələyə qədəm qoyub və hələ də ən müxtəlif səbəblərdən əkinlərini bəyan etməyən fermerlər bu xidmət pəncərələrinə yaxınlaşaraq subsidiya almaq üçün elektron ərizələrini formalaşdıra bilərlər.

Fermerlərlə görüş

“Yanvar ayından başlayaraq bəyan edilmiş əkin məlumatları monitorinqə cəlb olunacaq, fevral-mart aylarında isə payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlanacaq. Dekabrın 30-dək əkinlərini bəyan etməyən fermerlər subsidiya almaq hüququndan yararlana bilməyəcəklər.

“Qeyd olunub ki, dövlət dəstəyindən daha çox fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir.

“Fərmana əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.

“Bununla da KTN-nin taxılçılıq rayonlarında təşkil etdiyi məlumatlandırma sessiyaları başa çatıb. Üç həftə ərzində Nazirliyin əməkdaşları 40-dək rayonda görüşlər keçirərək payızlıq əkinlərin bəyanı prosesinin sürətləndirilməsi ilə bağlı maarifləndirmə işləri aparıblar”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.