Press "Enter" to skip to content

“Dəniz təməl komando kursu”nun buraxılışı – VİDEO

Dəniz təməl komando kursu

Son yeniləmə: 11 Dekabr 2021 10:41

Bayraqdar.info – Hərbi Dəniz Qüvvələrinin “Dəniz təməl komando kursu”nun növbəti heyətinin buraxılış mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya dekbrın 11-də Müdafiə Nazirliyindən xəbər veriblər.

HDQ-nin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Ordusunun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsində rəşadətlə iştirak edib. O bildirib ki, HDQ bir daha sübut etdi ki, təcrübəli hərbçilər dənizdə olduğu kimi quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə qadirdirlər.

Qardaş Türkiyədən gələn peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə HDQ komandanı türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların davam etdiriləcəyi qeyd edilib.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Mission News Theme by Compete Themes.