Son yeniləmə: 11 Dekabr 2021 11:40
Bayraqdar.info –Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ölkəmizin Almaniyadakı səfirliyində tədbir keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Umummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Bu barədə bayraqdar.info-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən səfir Ramin Həsənov ömrünü Azərbaycanın inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub və bununla da adını qızıl həriflərlə ölkəmizin tarixinə yazdırıb.
Səfir çıxışında həmçinin Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, beynəlxalq arenada nüfuzunun artması, habelə Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna fəaliyyətə toxunub. Diqqətə çatdırıb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfirt vurğulayıb ki, məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyyətlər əldə edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindənişğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.
Tədbirdə Almaniyada təhsil alan gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifasında Ulu Öndərin xatirəsinə həsr edilən musiqi proqramı səsləndirilib və qəbul təşkil olunub.