Press "Enter" to skip to content

“Azercell” abunəçilərinin nəzərinə

Son yeniləmə: 10 Dekabr 2021 23:00

Bayraqdar.info – “Azercell Telekom” MMC bütün abunəçilərini yalnız rəsmi mənbələrə istinad etməyi, o cümlədən müxtəlif sosial şəbəkə, “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Bu barədə şirkətin yaydığı müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: “Əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlifoyun, yarışmavə s. yararlanmamağı tövsiyə edir”.

Mission News Theme by Compete Themes.