Son yeniləmə: 10 Dekabr 2021 16:41
Bayraqdar.info – Dekabrın 10-da Zəfər paradının bir ili tamam olur. Paradın əhəmiyyəti barədə hərbi ekspert Ramil Məmmədli bayraqdar.info-ya açıqlama verib.
O bildirib ki, ötən ilin bu günü regionlarda da qeyd edilib. Bu gün yaddaşlarda belə iz qoyubsa bu, özü böyük bir qələbədir. “Ümumiyyətlə, Azərbaycan ordusunun bu qələbəsi təkcə hərbi qələbə deyildi, bu həm də regionda separatçılığı dəstəkləyən bir rejimin üzərindəki qələbə idi. Hərbi qənimət kimi götürülmüş Ermənistanın silahları da qələbənin rəmzidir. Bu paradda həm də Ermənistan rejiminin təslimliçilik, məğlub vəziyyəti böyük bir faciəsi idi. Azərbaycan ordusu sanki bu paradla bir hesabat verdi. Yəni, döyüş meydanında əldə etdiyimiz bu qələbəni Zəfər paradını həm də bu cür təqdim etməliyik”.
R.Məmmədli onu da qeyd etdi ki, müharibənin odundan, alovundan çıxmış bir ölkə olaraq sanki, Zəfər paradı ilə hesabat verdik. “Biz indi o anları sözlə deyə bilirik, lakin həmin anlarda o, sözlə deyilə bilməyəcək bir vəizyyət idi. Bütün orduların da hünəri müharibədə görünür. Hərbi təlimlər, döyüş atışlı texniki təlimlər, nizam-intizamlı ordu və s.”.
Hərbi ekspertin sözlərinə görə, 44 günlük müharibə Azərbaycan ordusunun gücünü, qüvvətini göstərdi. “Xüsusi təyinatlı qüvvələrin A nöqtəsindən B nöqtəsinə keçidi üçün A nöqtəsində güclənməsi lazımdır. Bu baxımdan da müdafiə sənayesi kompleksi bu istiqamətdə lazımi tədbirləri həyata keçirəcək. Son illər hərbidə korpuslar, briqadalar, geyimlər dəyişdirildi, ordu NATO standartlarına yaxınlaşdırıldı. Türkiyə ordusu həm də NATO-nun ordusudur. Azərbaycan ordusunun NATO ordusuna inteqrasiyası da Türkiyə üzərindən başladı. Hərbçilər təlim mərkəzlərində ixtisaslarını artırırlar. Türkiyə ordusunun NATO standartlarına keçməsinə az bir müddət qalıb. Azərbaycan ordusu da NATO standartlarını mənimsəsə də, öz ordu standartı var”, – deyə R.Məmmədli bildirib.