Son yeniləmə: 10 Dekabr 2021 09:00
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində seçki həyəcanı davam edir. Partiyalar millət vəkilliyinə namizədlərini müəyyən etmək üçün gərgin şəkildə çalışırlar.
Bu arada Ulusal Birlik Partiyasının (UBP) baş katibi Oğuzhan Hasipoğlu namizədlərlə bağlı maraqlı açıqlama verib.
KKTC mediasının məlumatına görə, o, UBP-nin əsas namizəd siyahısında olmaq üçün 81 namizədliyə namizədin yarışacağını açıqlayıb.
O.Hasipoğlu əlavə edib ki, namizədlərin profillərinə baxılanda gənclərin və qadınların namizəd olmağa böyük marağı olduğu müşahidə edilir.
Qeyd edilib ki, namizədlik müraciəti tamamlanan və namizədlərin sıra nömrələri müəyyən edilən UBP-də dekabrın 11-də Lefkoşa Atatürk İdman Salonunda əsas namizədlərin müəyyən edilməsi üçün seçki keçiriləcək.
81 namizəddən 40-nın deputatlığa namizəd olacağı UBP-dyə 10 kvota namizədinin daxil edilməsi ilə 50 nəfərlik siyahı tamamlanacaq. Kvota üzrə namizədlər dekabrın 11-dən sonra elan olunacaq.
Xatırladaq ki, kvoya üzrə namizədləri partiya rəhbərliyi müəyyən edir.