Press "Enter" to skip to content

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr

Təhsil Nazirliyi yanında İctimai Şura

Son yeniləmə: 10 Dekabr 2021 09:39

Bayraqdar.info – Dekabrın 9-da Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib. Belə ki, “Vətəndaş” Tədqiqat və inkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova Şuranın sədri seçilib.

Bu barədə dekabrın 9-da bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

“İctimai Şuranın sədr müavini vəzifəsinə “Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, katibi vəzifəsinə isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə seçilib.

“Qeyd edək ki, noyabrın 23-ü 2021-ci il tarixində Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilmiş birinci seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib. Digər 4 üzvün müəyyənləşdirilməsi üçün isə noyabrın 26-da təkrar seçkilər təşkil edilib.

“Qeyd edək ki, Şuranın təşkilində əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.