Press "Enter" to skip to content

FHN-in itləri minaaxtarma əməliyyatında

Fövqəladə Hallar Nazirliyi

Son yeniləmə: 10 Dekabr 2021 13:56

Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları işğaldan azad olunan ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi işlərini intensiv şəkildə davam etdirir.

FHN-dən bayraqdar.info-ya xəbərdə bildirilir ki, əməliyyatlar əsasən, Ağdam və Füzuli rayonları istiqamətində aparılır.

“Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Dekabr ayından etibarən nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran istehkamçıları ilə bərabər, kinoloqları da xüsusi təlim keçmiş minaaxtaran itlərlə prossesə qoşulub. Bu itlər sürətli şəkildə mina və partlayıcı maddələr aşkarlayır”, – deyə xəbərdə bildirilir.

Nazirlikdən o da qeyd edilir ki, mina və ya partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal FHN-in “112” və ya Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi xidmətinə məlumat verilməlidir.

Mission News Theme by Compete Themes.