Son yeniləmə: 10 Dekabr 2021 15:47
BMT-nin Baş katibinin Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı videomüraciəti
Bayraqdar.info – “Dünyamız yol ayrıcındadır. COVID-19 pandemiyası, iqlim böhranı və rəqəmsal texnologiyanın həyatımızın bütün sahələrinə yayılması insan hüquqları üçün yeni təhlükələr yaradıb. Təcridolunma və ayrı-seçkilik geniş vüsət alıb. İctimai fəaliyyət üçün imkanlar daralır. Yoxsulluq və aclıq son onilliklər ərzində ilk dəfədir ki, artmaqdadır”.
Bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə müraciətində öz əksini tapıb.
BMT-nin Azəırbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya dekabrın 10-da verilən məlumata görə, müraciətdə daha sonra deyilir: “Milyonlarla uşaq təhsil hüququndan məhrum olur. Bərabərsizlik dərinləşir. Lakin biz fərqli yol seçə bilərik.
73 il əvvəl bugün BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. Bu sadə Bəyannamədə öz əksini tapan müddəalar hər kəs üçün bütün insan hüquqlarını, o cümlədən mülki, iqtisadi, mədəni, social və siyasi hüquqları ilə təmin etmək üçün əsas vasitə olaraq qalır.
Pandemiyadan bərpa prosesi insan hüquqları və azadlıqlara dair imkanları genişləndirmək, həmçinin inamı bərpa etmək üçün fürsət olmalıdır.
Qanunlar və təsisatların ədalətinə və qərəzsizliyinə inam.
Ləyaqətli bir həyatın əlçatan olmasına inam.
İnsanlara ədalətli məhkəmə araşdırması və şikayətlərinin dinc yolla həll olunmasına inam.
BMT bəşəriyyətin hər bir fərdinin hüquqları üçün mübarizə aparır.
Bu gün və hər gün biz hamı üçün ədalət, bərabərlik, ləyaqət və insane hüquqları uğrunda çalışmağa davam edəcəyik.
İnsan Hüquqları Gününüz mübarək”.