Press "Enter" to skip to content

“12 Dekar – Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür” – VİRTUAL SƏRGİ

Milli Kitabxanada Anım Günü

Son yeniləmə: 10 Dekabr 2021 11:53

Bayraqdar.info – Dekabrın 10-da M.F.Axundov adına Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 10-da Kitabxanadan xəbər verilib.

Tədbiri Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Ümummilli lider H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Direktor Kərim Tahirov bildirib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 18 il ötür. K.Tahirov onu da vurğulayıb ki, H.Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan H.Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, H.Əliyevin hakimiyyətə gəlməsi ölkədə əmin-amanlıq, sakitlik yaratdı, hərc-mərcliyə son qoydu.

“Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başladı. Azərbaycanın bu günkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqın lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir”.

“Direktor qeyd edib ki, bu gün Azərbaycana H.Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.

“Təkcə onu deyə bilərik ki, keçən il 44 günlük Haqq savaşımızda Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqları bütöv şəkildə görmək H.Əliyevin ən böyük arzularından biri olub. Şuşa şəhərinin işğaldan azad olunduğu gün Prezident İ.Əliyev vurğuladı: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Məhz Prezidentin güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır”.

“Direktor sonda vurğulayıb ki, Azərbaycan xalqı durduqca, yaşadıqca H.Əliyevin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaq.

“Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür” adlı virtual sərgi nümayiş olunub”, – deyə xəbərdə bilirilir.

Mission News Theme by Compete Themes.