Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə müraciətlər

Son yeniləmə: 9 Dekabr 2021 18:12

Bayraqdar.info – Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə müraciətlər sayı artır. Belə ki, bu günə qədər 4 min 700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı bu Mərkəzlərı müraciət edib.

Bu barədə bayraqdar.info-ya dekabrın 9-da Əmək və Əhalinin Sosial Müdafəisi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.

Bu mərkəzlərdə hazırda 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Hazırda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işləri aparılır.

Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1638, Müdafiə Nazirliyi üzrə 1785, Səhiyyə Nazirliyi üzrə 97, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 224, Yerli icra hakimiyyəti orqanları üzrə 243, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 105, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 321 və Çağrı mərkəzi-142 vasitəsilə 288 müraciət.

Mission News Theme by Compete Themes.