Son yeniləmə: 9 Dekabr 2021 10:43
Bayraqdar.info – Dekabrın 8-də təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri Leyla Xəlilova Rzazadə və Turxan Süleyman ilə görüşüb.
Görüşdə nazir “Yüksəliş” müsabiqəsinin qaliblərini qazandıqları bu uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Nazir həmçinin ikitərəfli mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Təhsil Nazirliyinin Mətbuat xidmətindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, öz növbəsində “Yüksəliş” müsabiqəsinin qalibləri təhsil sahəsində yeni bilik və bacarıqlara yiyələnmək istədiklərini və bunun üçün səylə çalışacaqlarını ifadə ediblər.
“Qeyd edək ki, tədbir mentorluq proqramı üzrə müsabiqənin idarəçi rəhbərlərinin qalibləri ilə görüş çərçivəsində keçirilib.
“Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
““Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib”, – deyə xəbərdə bildirilir.