Press "Enter" to skip to content

Şuşada iki nəfər erməni minasından həlak olub

Daxili İşlər Nazirliyi

Son yeniləmə: 9 Dekabr 2021 14:25

Bayraqdar.info – “Dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları minaya düşüblər.

İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar”. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Facebook sosial şəbəkəsindəki səhifəsində yayıb.

Mission News Theme by Compete Themes.