Press "Enter" to skip to content

“Smart Suvarma” layihəsinin icrasına başlanıb

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı

Son yeniləmə: 9 Dekabr 2021 18:02

Bayraqdar.info – “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin tərəfdaşlığı və “Azərsun Holdinq”in dəstəyi ilə “Smart Suvarma” layihəsinə başlanılır.

Bu barədə bayraqdar.info-ya dekabrın 9-da Nazirlikdən bildirilib. “Smart Suvarma” layihəsinin məqsədi meliorasiya sisteminin effektiv təşkili, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsidir.

“Layihə çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ilə birgə Kürdəmir, Qazax, Füzuli, Beyləqan, Tərtər, Samux və Ağdaş rayonlarına səfərlər təşkil olunacaq və fermerlərlə görüşlər keçiriləcək.

“Görüşlərdə fermerlərə müasir dövrdə sudan səmərəli istifadənin təşkili, iqlim dəyişikliyinin kənd təsərrüfatı üçün su ehtiyatlarına təsiri və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün əsas su idarəetmə metodları ilə bağlı təlimlər keçiriləcək.

“Növbəti mərhələdə fermerlər üçün meliorasiya və su təsərrüfatı üzrə məlumat bazası formalaşdırılacaq və məlumatlandırıcı bukletlər hazırlanaraq qeyd olunan regionlarda fermerlər və vətandaşlara paylanılacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.